ACP Logo
Bir neçə söz

Haqqımızda

Azadlıq ruhunu qucaqlayın və birləşin: Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) vizyoner yolculuğunu kəşf edin

Tarixən ən qədimdən bu günə əcdadlarımız quzeydə dəmir qapı Dərbənddən başlamaqla, güneydə Kəngər körfəzinədək uzanan böyük bir coğrafi ərazini əhatə edən oğuz yurdu Azərbaycannı və Qaşqay yurdu özünə yurd seçib, 7000 ildir ki vətən etmişdir. Bu yurdun istiqlalı və bütövlüyünü qorumaq, bütün dövrlərdə oğuz igidləri üçün başlıca qayə olmuş, bu yolda uzun və dönməz mücadilələr vermişdir.

Missiyamız

ACP güneydə Azərbaycan milli hərəkatının bir parçası olaraq yaranmışdır. Cümhuriyyətçilik uğrunda mücadilə verən, təşkilatlanmanı tarixi zərurət bilən fəalların bir araya gəlməsi ilə Güney Azərbaycan Cümhuriyyət Partiyası yaranmış və Güney Azərbaycanda "Milli hökumət və çağdaş cümhuriyyət" uğrunda döyüşür.

Məqsədlərimiz
01

Milli Dərk və Milli Oyanış

Milli dərk və ya milli oyanış və dirçəliş mərhələsi artıq XX əsrin sonlarından ilk tədricən başlanmış və hazırca genişlənərək davam etməkdədir. ACP-yə görə milli hərəkatının uğuru onun Milli Oyanış dövrünü uğurla keçməsindən asılıdır. Milli oyanışın ikinci dövrü 2006 may qiyamından şahlanır, və Azərbaycan yeni mərhələyə qədəm qoyub.

02

Milli Dirçəliş və Milli Dirəniş

Milli oyanışın yayqınlaşması millətın siyasi və milli şüurun yüksəldib, xalqımızın milli güci, öz güvəni, mübarizə əzmi artıb milli ruh dirçəlməsinə səbəb olmuşdur. 2006-cı il milli qiyamından sonra, Azərbaycan milli azadlıq hərəkatı, iran işğalçı və fəşist sisteminə və irançılıq məfkürəsinin bütün variantlarına kəskin şəkildə yox deyib, özünü bir siyasi güc alternativi olaraq qəbul etdirib.

03

Milli Birlik və Milli Diriliş

ACP-yə görə milli Oyanış və milli Dirəniş mərhələsini şərəflə adamış Azərbaycan xalqının indiki çağımızda ən çox Milli Birliyə ehtiyacı duyulmaqdadır. ACP-yə görə Güney Azərbaycan üçün bugün Milli Birlik üç istiqamətdə yürüdülməlidir: daxildə olan milli qüvvələrin birliyi ilə, xaricdə olan mühacir milli qüvvələrin birliyi ilə, və Güney və Quzey Azərbaycan arası birlik körpülərinin salınması ilə.

04

Milli Hökumət və Cümhuriyyət Dövləti

Güney Azərbaycanda milli dövlət oluşarsa, bu xalqımızın bir millət kimi Milli Dirilişinə zəmin yaradar. ACP milli davada var oluşun əsas həlqələrindən biri və ən önəmlisi olaraq Milli Dövlət oluşumunu vacib sayır. Dövlət dəyərləri ədalətə, şəffaflığa və təcrübəyə sadiq olanda onun inkişafında uğurlara yetmək daha əlçatan olur.

05

Bütöv Azərbaycan

ACP Bütöv Azərbaycan Yurdlarını vahid dövlətdə birləşməsini Böyük Gələcəklə görür. ACP-yə görə yaxın gələcəyimiz üçün Milli Hədəfimiz Milli Dövlət və Bütöv Azərbaycan Yurdlarının birliyi olmalıdır. Bizim məramımız Güney Azərbaycanda Milli Dövlət və Bütöv Azərbaycan birliyi arzusudur.

Əsasnamə

ACP Simbolu

Güney Azərbaycan Cümhuriyyət Partiyası Güney Azərbaycanın bağımsızlığı və özgürlüyünə gedən yol xəritəsində 6 ilkə əsasında fəaliyyət göstərir.

Yurdçuluq – BütövçülükMilliyətçilik – MillətçilikCümhuriyyətçilik – DövlətçilikDevrimçilik – ÇağdaşlıqLayiklik – ÖzgürlükDemokrasi – Eşitlik

Kimlik və Amaclar

  • ACP Güney Azərbaycanın milli-mədəni və siyasi həyatı ilə bağlı məsələlərdə Azərbaycanlıların haqlarını və Azərbaycançılıq idealogiyasını müdafiə edən siyasi təşkilatdır.

  • ACP-nin ilk qayəsi, Güney Azərbaycanın tarixi ərazilərində çağdaş, ədalətli və hüquqi təməllərə dayanan müstəqil bir Cümhuriyyət Dövləti qurmaqdır.

  • ACP uluslararası hüquqa söykənən bir partiya olaraq, insan haqları və BMT konvensiyalar çərçivəsində mübarizə aparır.

Milliyətçilik və Millətçilik

  • ACP kimlik və milliyyət anlayışında ırq, qan, din və DNA kimi ayrımçılıq təbəqəsini qətiyyətlə rədd edir.

  • ACP-nin millətçilik anlayışı bütün Azərbaycan vətəndaşlarının eşitliyi, rifahı və səadətin təmin eləməklə birlikdə, Türk ölkələrini və böyük Türk millətinin mənfəətlərini hər şərtdə müdafiə edir.

  • Güney Azərbaycanda yaşayan hər bir şəxs cinsiyyətindən, dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq bərabər haqlara sahibdir.

Dövlətçilik və Cümhuriyyətçilik

  • ACP layik bir dövlət sistemi ilə çox partiyalı cümhuriyyət təməlləri üzərində Güney Azərbaycanın dünyada mövcud olan demokratik toplumlar içərisində yer almasını dəstəkləyir.

  • ACP 40 milyondan artıq insanın istifadə etdiyi Türkçəni Güney Azərbaycanda dövlət dili olaraq tanıyır, həm də azınlıqların dilinin dövlət tərəfindən qorunmasını dəstəkləyir.

  • ACP-nin dövlətçilik anlayışına əsasən işgəncə və edam cəzası kəsinliklə yasaq olunmalıdır.

Demokrasi və İnsan Haqları

  • Hər bir şəxsin qanunla qorunan din, fikir, düşüncə, cinsiyyət və söz azadlığı haqqı olmalıdır.

  • ACP gələcəkdə milli hökumət tərkibində hakimiyyət kabinələrinin yüzdə 50 qadınlardan ibarət olmasını dəstəkləyir.

  • Təhsilin bütün pillələri hər kəs üçün dövlət hesabına əlçatan və pulsuz olmalıdır.

Bütövlük və Bütövçülük

  • ACP Azərbaycan Türk millətinin səadətini Güney Azərbaycanın tam müstəqilliyində və ardından Güney və Quzey Azərbaycanın birləşməsində görür.

  • Parçalanmış Azərbaycan yurdlarının bütövlüyü uğrundakı fəaliyyət qutsal bir görəv olaraq qəbul edilir.

  • ACP iki dövlətin referandum yolu ilə birləşməsini məqbul görür.

Layiklik və Özgürlük

  • Hər bir Azərbaycan vətəndaşının sərbəst şəkildə din və məzhəb özgürlüyü vardır.

  • Dövlət layik və sekulyar olmalıdır. Din siyasətə heç bir şərtlə qatılmamalıdır.

  • Dövlət milli mədəniyyət və milli adət-ənənələrə dövlət səviyyəsində özəl qayğısını göstərməlidir.

Məramnamə və Yol Xəritəsi

01

Tarixi Kontekst

Tarixən ən qədimdən bu günə əcdadlarımız quzeydə dəmir qapı Dərbənddən başlamaqla, güneydə Kəngər körfəzinədək uzanan böyük bir coğrafi ərazini əhatə edən oğuz yurdu Azərbaycannı vətən etmişdir. 1925-ci ildən İran dövləti tərəfindən Azərbaycan xalqına tətbiq olunan assimilyasiya və iranlılaşdırma siyasəti nəticəsində millətimizin milli kimliyi, tarixi, dili və dəyərləri təhdid altına alınmışdır.

02

Milli Oyanış və Dərk

Milli dərk və oyanış mərhələsi XX əsrin sonlarından tədricən başlanmış və genişlənərək davam etməkdədir. Milli oyanışın ikinci dövrü 2006 may qiyamından şahlanır və Azərbaycan yeni mərhələyə qədəm qoymuşdur.

03

Milli Dirçəliş və Dirəniş

Milli oyanışın yayqınlaşması millətın siyasi və milli şüurunu yüksəldib, xalqımızın milli güci, öz güvəni, mübarizə əzmi artıb milli ruh dirçəlməsinə səbəb olmuşdur. 2006-cı il milli qiyamından sonra Azərbaycan milli azadlıq hərəkatı özünü bir siyasi güc alternativi olaraq qəbul etdirmişdir.

04

Milli Birlik və Diriliş

ACP-yə görə Güney Azərbaycan üçün Milli Birlik üç istiqamətdə yürüdülməlidir: daxildə olan milli qüvvələrin birliyi, xaricdə olan mühacir milli qüvvələrin birliyi, və Güney-Quzey Azərbaycan arası birlik körpülərinin salınması ilə.

05

Milli Hökumət və Cümhuriyyət

ACP Güney Azərbaycanda insan haqlarına, fikir və inanc azadlığına yer verəcək müstəqil dövlətin yaradılmasını vacib sayır. Dövlət idarə üsulu demokratik dəyərləri özündə ehtiva edən Cümhuriyyətdir.

06

Bütöv Azərbaycan

ACP Bütöv Azərbaycan Yurdlarını vahid dövlətdə birləşməsini Böyük Gələcəklə görür. Bizim məramımız Güney Azərbaycanda Milli Dövlət və Bütöv Azərbaycan birliyi arzusudur.

Nizamnamə

Üzvlük Qaydaları

  • ACP üzvlüyünə qəbul, fərdi və könüllülük prinsipi əsasında həyata keçirilir. Yaşı 18-ə çatmış hər bir şəxs partiya üzvü ola bilər.

  • Güney Azərbaycan ərazilərində üzvlük tamamilə gizlidir və üzvlərin kimlik bilgiləri yüksək səviyyədə qorunur.

  • Başqa siyasi təşkilatlara üzv olmuş şəxs, eyni zamanda, ACP-nin üzvü ola bilməz.

  • Terrorçu və işğalçı İran dövləti ilə əməkdaşlıq etmiş şəxslər ACP-yə üzv qəbul oluna bilməzlər.

Üzvlərin Hüquqları

  • Hər bir üzvün öz fikirlərini partiya toplantılarında azad şəkildə ifadə etmək və yapıcı tənqid etmək haqqı vardır.

  • ACP-nin ali orqanlarına fərdi və ya kollektiv şəkildə müraciət, tənqid və ya şikayət etmək hər bir üzvün doğal haqqıdır.

  • ACP öz üzvlərinin bütün üzvlük haqqlarını dünyanın hər bir bölgəsində açıq şəkildə müdafiə edir.

Yönətim və İç İdarəçilik

  • ACP-nin yüksək və ali orqanı qurultaydır. Olağan vəziyyətdə hər 4 ildə bir dəfə keçirilir.

  • Qurultayda qərarlar iştirakçıların 2/3-sinin iştirakı ilə 50%+1 səslə qəbul edilir.

  • CYQ (Cümhuriyyətçilər Yönətim Qurulu) partiyanın siyasətlərini, strategiyasını və yol xəritələrini müəyyənləşdirir.

Partiya Qolları

  • Cümhuriyyətçilər Yönətim Qurulu (CYQ)

  • Diplomatik və İnsan Haqları Qurulu

  • Təşkilatlanma və Kadrolaşma Qurulu

  • Maliyyə, İletişim və Media Qolları

  • Təftiş və Disiplin Qurulu

  • Strateji və Araşdırma, Sosial Politikalar, Əmniyyət Qolları

Rəsmi Sənədlər

Azərbaycan Cümhuriyyət Partiyasının əsas vəzifəsi xalqımızın hər bir kəsimini Güney Azərbaycannın problemləri ilə bağlı ictimai-siyasi və milli məsələlərlə bağlı proseslərdə aktiv yer almasına dəstək vermək, məramı isə bu qayə ətrafında olan həmin Milli Qüvvələri Bütöv Azərbaycan idealı ətrafında birləşməsinə dəstək verməsinə nail olmaqdır.

Dəyərlərimiz

Dürüstlük

Bütün hərəkət və qərarlarımızda şəffaflıq, dürüstlük və hesabatlılıq ilə fəaliyyət göstəririk.

Birlik

İstiqlal davasında Güney Azərbaycan cəmiyyətinin bütün kəsimlərini birləşdirməyə çalışırıq.

Əhatəlilik

İcmamızdakı müxtəlifliyi qiymətləndirir və hər kəsin səsinin eşidilməsini təmin edirik.

Tərəqqi

Güney Azərbaycanın və xalqının inkişafı və tərəqqisi üçün davamlı şəkildə çalışırıq.

Güney Azərbaycan xalqının haqları və arzularının çiçəklənə biləcəyi azad və müstəqil bir Güney Azərbaycan yolunda bizə qoşulun. Birlikdə, Güney Azərbaycan və qürurlu xalqı üçün daha parlaq bir gələcək qura bilərik. Səylərimizi birləşdirək və son hədəfimizə — Güney Azərbaycan Cümhuriyyətinə doğru irəliləyək!

Davamıza dəstək olun

ACP-yə ianə edərək Güney Azərbaycan xalqının ədalət hərəkatlarını dəstəkləyin