ACP-yə kim üzv ola bilər?
Üzvlük fərdi və könüllülük prinsipi əsasındadır. Yaşı 18-ə çatmış hər bir şəxs üzv ola bilər. Başqa siyasi təşkilata üzv olan şəxs eyni zamanda ACP-nin üzvü ola bilməz, İran dövləti ilə əməkdaşlıq etmiş şəxslər isə qəbul olunmur.
Üzvlük gizlidir?
Güney Azərbaycan ərazilərində üzvlük tamamilə gizlidir və üzvlərin kimlik məlumatları yüksək səviyyədə qorunur.
Necə müraciət edim?
Qoşul səhifəsindəki üzvlük formunu doldurun. Onlayn formadan istifadə edə bilmirsinizsə, həmin səhifədən oflayn üzvlük formasını yükləyə bilərsiniz.
Partiyanın əsasnaməsini və məramnaməsini harada oxuya bilərəm?
Əsasnamə, Nizamnamə və Məramnamə Sənədlər səhifəsində PDF olaraq yerləşdirilib.
Partiya necə idarə olunur?
Ali orqan qurultaydır, adətən 4 ildə bir keçirilir. Qərarlar iştirakçıların 2/3-nin iştirakı ilə səs çoxluğu ilə qəbul olunur. Cümhuriyyətçilər Yönətim Qurulu (CYQ) partiyanın siyasətini, strategiyasını və yol xəritələrini müəyyənləşdirir.
Partiya ilə necə əlaqə saxlaya bilərəm?
Əlaqə səhifəsindəki formdan istifadə edin və ya iletisim@azcp.org ünvanına yazın. Əlaqə səhifəsində sədr, təftiş komissiyası və insan haqları üzrə ünvanlar da var.
Sayt hansı dillərdə mövcuddur?
Azərbaycan dili (Latın əlifbası), ingilis dili və Güney Azərbaycan dili (ərəb əlifbası). İstənilən səhifənin yuxarısındakı dil menyusundan istifadə edin. Hər məqalə bir dildə dərc olunur.
Partiyanın xəbərlərini necə izləyə bilərəm?
ACP-ni Facebook, Instagram, Telegram, X və YouTube-da izləyin (səhifənin başlığında və altlığında ikonlar var) və ya /feed.xml ünvanındakı RSS lentinə abunə olun. Hər kateqoriyanın da öz lenti var.
Göndərdiyim məlumat necə istifadə olunur?
Məxfilik siyasətinə baxın. Qısaca: əlaqə mesajları partiyanın poçt qutusuna göndərilir, sayt izləmə kukilərindən istifadə etmir.
