ACP, Azərbaycan Cümhuriyyətinin milli suverenliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qətiyyətli müdafiəçisidir!

ACP, Azərbaycan Cümhuriyyətinin milli suverenliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qətiyyətli müdafiəçisidir!

2 dəq oxu
ACP, Azərbaycan Cümhuriyyətinin milli suverenliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qətiyyətli müdafiəçisidir!

Güney Azərbaycan Cümhuriyyət Partiyası bir daha milli dövlətçilik prinsiplərinə, siyasi müstəqilliyə və Azərbaycan millətinin öz müqəddəratını təyin etmək kimi əvəzsiz hüququna söykənərək, Azərbaycan Cümhuriyyətində milli suverenliyi, hüquq sistemini və sekulyarizmi qətiyyətlə dəstəklədiyini bəyan edir.Azərbaycan Cümhuriyyəti Araz çayının şimalındakı millətimizin tarixi və siyasi iradəsinin bəhrəsi, milli dövlətçiliyin və iqtidarın təcəssümüdür.

Read more: ACP, Azərbaycan Cümhuriyyətinin milli suverenliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qətiyyətli müdafiəçisidir!

Heç bir xarici qüvvə, ideoloji cərəyan və ya dini-məzhəbi şəbəkə daxili məsələlərdən sui-istifadə edərək bu ölkənin müstəqilliyinə və sabitliyinə xələl gətirmək hüququna malik deyildir.

Azərbaycan milləti öz tarixi boyunca Yaxın Şərq və İslam dünyası xalqları arasında hər zaman sekulyarizm və laisizmin öncüsü olmuş, onun siyasi mədəniyyəti dözümlülük, hər cür dini ayrı-seçkiliyin rədd edilməsi və dinin dövlət idarəçiliyindən tam ayrılması təməli üzərində qurulmuşdur.

Azərbaycan dövlətinin və əhalisinin laik olması dini istibdadın qarşısında keçilməz bir sədd, vətəndaşların dinc birgə yaşayışının zəmanəti, fərdi azadlıqların qorunması və cəmiyyətin müasir tərəqqisi üçün həyati bir damardır.

Azərbaycan dövləti Türk və İslam dünyasında bu dəyərli irsin hər zaman layiqincə keşiyində durmuşdur və duracaqdır.İllərdir İran dövlətinin işğalı, dini müstəmləkəçiliyi və ideoloji istismarı qarşısında milli və sosial azadlığımız uğrunda mübarizə aparan Güney Azərbaycan türkləri olaraq inanırıq ki, insanların inancı və hicab məsələsi geopolitik rəqabətlərin və müstəqil dövlətlərə təzyiq göstərməyin vasitəsinə çevrilməməlidir.

Tarixi təcrübə açıq şəkildə göstərmişdir ki, dinin siyasi hakimiyyət və ideoloji təsir vasitəsinə çevrilməsi insanlarda dini inancı zəiflədən, dövlətçilik prinsiplərini sarsıdan və cəmiyyətləri daxildən parçalayaraq ölkələrin varlığını təhlükə altına atan dağıdıcı bir mexanizmdir.

İran rejimi başda olmaqla, dini siyasi məqsədlər üçün alətə çevirən bəlli siyasi qüvvələr, illərdir sosial təxribatlarla, təhsil mühitini siyasiləşdirməklə və məktəbləri dini münaqişə meydanına çevirməklə birbaşa Azərbaycanın milli güvənliyini və dövlətçiliyini hədəf almışdır.

Biz vurğulayırıq ki, hər növ xarici müdaxilə, dini təşkilatların gizli maliyyələşdirilməsi və vəkil güclerinin mütəşəkkil fəaliyyəti ölkənin müstəqilliyinə birbaşa təhdiddir və hüquqi, eləcə də təhlükəsizlik orqanları tərəfindən qətiyyətlə zərərsizləşdirilməlidir.

Siyasi sərhədimiz və milli kimliyimiz aydındır:Azərbaycan dövləti dünyadakı bütün Azərbaycan türklərinin milli arxası və milli dövlətidir. Vətəndaşların inancına hörmətlə yanaşmaqla yanaşı, xarici müdaxilələrə qarşı sarsılmaz duruş göstərmək və dövləti qorumaq Arazın güneyində və quzeyində yaşayan hər bir vətənsevər Azərbaycanlının milli borcudur.

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP), Azərbaycan Cümhuriyyəti dövlətinin suverenliyi bərqərar etmək, sekulyarizm və geyim qaydaları ilə bağlı qanunları icra etmək kimi qanuni hüququnu dəstəkləməklə yanaşı, şəffaflığın, ədalətin və bu torpağın övladlarının təhsil hüququnun qorunmasının vacibliyini vurğulayır. Dövlətin dayanıqlı iqtidarı qanunun aliliyinin ictimai etimadla qovuşmasında yatır.

Bütöv millətimizin milli iradəsi hər zaman yayımcılığın, irançılığın və siyasi İslam ideologiyasının qarşısında en böyük maneə olmuşdur və bundan sonra da olacaqdır.

Yaşasın Azərbaycanın müstəqilliyi!

Var olsun milli, sekulyar və laik dövlətçilik!

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

Paylaş