22 May 2006: Güney Azərbaycanın Ayağa Qalxıb Əsarətə “YOX!” Dediyi Tarixi Dönüş Nöqtəsi

22 May 2006: Güney Azərbaycanın Ayağa Qalxıb Əsarətə “YOX!” Dediyi Tarixi Dönüş Nöqtəsi

3 min read
22 May 2006: Güney Azərbaycanın Ayağa Qalxıb Əsarətə “YOX!” Dediyi Tarixi Dönüş Nöqtəsi

Uca Azərbaycan Türk Milləti!Əsarəti rədd edən igid Güney Azərbaycan gəncliyi!22 May sadəcə təqvimdə qeyd olunan bir tarix deyil; o, susdurulmaq istənilən bir millətin milli dirçəliş manifesti, fars şovinizminin sömürücü divarlarını titrədən milli qürur alovumuzdur.

Bu şanlı gün irançılıq məfkurəsinin Güney Azərbaycanda həm siyasi, həm də mənəvi cəhətdən yerlə-yeksan edildiyi və bütöv bir millətin *“Biz varıq və var olacağıq!”* deyərək tarixi hayqırışını dünyaya elan etdiyi dönüş nöqtəsidir.İyirmi il öncə Təbrizdən Urmuya, Ərdəbildən Zəncana, Sulduzdan Xoya və Tehrana qədər meydanları lərzəyə gətirən milyonlar yalnız irqçi bir mətbuat təhqirinə qarşı yürümürdü; millətimiz onillərlə davam edən assimilyasiya, farslaşdırma, iqtisadi talan, milli kimliyin inkarı və sistemli müstəmləkəçilik siyasətinə qarşı öz qəti hökmünü verirdi.

O gün meydanlarda yüksələn *“Haray, haray, mən Türkəm!”*, *“Azərbaycan yatmayıb, öz dilini atmayıb!”* və *“Azərbaycan yaşasın!”* kimi haraylar adi şüarlar deyil, bir millətin varlıq andı idi.Müstəmləkəçi və irqçi İran rejimi hər zaman olduğu kimi dəyənək, güllə, işgəncə və zindan vasitəsilə bu iradəni qıracağını zənn edərkən, xaricdə yuva salmış fars mərkəzli sözdə “müxalifət” də öz şovinist təbiətinə sadiq qalaraq rejim ilə eyni cəbhədə birləşdi, millətimizə qarşı psixoloji terror və təhdid kampaniyası başlatdı.

Bu amansız basqılar qarşısında şəhidlər verdik, gənclərimiz zindanlarda ağır işgəncələrə məruz qaldı, soydaşlarımız didərgin düşdü, analar göz yaşı tökdü; lakin nə rejim, nə də paniranist dairələr Azərbaycan Türkünün milli azadlıq ruhunu zəncirləməyin qeyri-mümkün olduğu həqiqətini hesablaya bilmədilər.Bu gün o şanlı qiyamın üzərindən 20 il keçməsinə baxmayaraq, havaya qaldırılan milli yumruqlar və Bozqurd nişanələri eyni qətiyyətlə meydanlardadır və o gün alışdırılan məşəl azadlıq, ədalət və milli hökumət yolumuzu daha gur şəkildə işıqlandırır.

Bu gün Güney Azərbaycanda qorxu sədlərini aşmış, farslaşdırmanı kökündən rədd edən, panfarsların və paniranistlərin canına vəlvələ salan, irançılığı hər hansı bir ad altında olursa-olsun ifşa edib geri püskürdən yeni, şüurlu və intizamlı bir Türk nəsli var. Bu nəsil artıq diz çökmək və ya assimilyasiya olunmaq üçün deyil, modern Azərbaycan milli dövlətini qurmaq üçün yetişir.

Biz bütün dünyaya və regional güclərə açıq şəkildə bəyan edirik ki, Güney Azərbaycanda Azərbaycan Türk Milləti başqasının torpağında gözü olmayan, lakin öz tarixi vətənində öz dili, öz bayrağı və öz suveren iradəsi ilə yaşamaq əzmində olan bir xalqdır.

Bu beynəlxalq hüququn tanıdığı ən təməl milli haqqımızdır; çünki bir millətin dilini yasaqlamaq, tarixini saxtalaşdırmaq, kimliyini təhqir etmək və sərvətlərini talamaq qorxu içində olan və çökməyə məhkum imperiyaların tətbiq etdiyi bəşəriyyətə qarşı cinayətdir.Azərbaycan Türkü əsarətlə və irançılıq ideologiyası ilə əsla barışmayacaq, bu müqəddəs milli mübarizəni emosiyalarla deyil, dağınıqlığı rədd edərək strateji ağıl, milli təşkilatlanma və sarsılmaz birlik qalxanı ilə zəfərə daşıyacaqdır.

Bu məsuliyyətli tarixi mərhələdə hər bir soydaşımız dərk etməlidir ki, milli hərəkatımız şəxsi şöhrət və eqo platforması olmadığı kimi, Güney Azərbaycan davası da qruplaşma və fraksiya savaşlarına alət edilə bilməz.Bizim siyasi mübarizəmiz və taktikamız düşmənlə gizli və pərdəarxası sövdələşmələr aparmaq deyil, keçmişin yanlışlarını təkrarlamadan milli maraqların mütləq müdafiəsi üzərində milli dövlətçiliyimizi inşa etməkdir.

Bu qarşısıalınmaz milli iradəni artıq heç bir beynəlxalq güc görməzdən gələ bilməz; çünki bir coğrafiyada insan haqları sistemli şəkildə tapdanırsa, bu problem artıq “daxili məsələ” deyil, qlobal bir insanlıq davasıdır.Beynəlxalq hüququn ən ali prinsiplərindən biri olan “Millətlərin öz müqəddəratını təyin etmə haqqı”, süni şəkildə ayaqda saxlanılan totalitar dövlətlərin “ərazi bütövlüyü” bəhanəsindən daha üstün və daha legitim bir haqdır.

Millətimizin azadlıq istəyini “İranın ərazi bütövlüyü” və ya “regional sabitlik” adı altında boğmağa çalışmaq siyasi riyakarlıq və ikili standart olduğu kimi, bu hərəkatı müxtəlif irançılıq layihələri və “mərkəzçi” oyunlar içində əritməyə çalışmaq da 30 milyonluq Azərbaycan Türkünün iradəsinə qarşı açıq xəyanətdir.

Bu gün 22 May kimi qiyamlar yalnız keçmişin xatirəsi deyil, gələcək milli hökumətimizin təməl daşlarıdır və biz o müqəddəs yolun dönməz yolçularıyıq.Nə zindanlar, nə işgəncələr, nə rejimin terror maşını, nə təhdidlər və nə də ölüm bizi yolumuzdan döndərə bilməyəcək; artıq geri dönüşü olmayan bir həqiqət var:

Güney Azərbaycan oyanmış və ayağa qalxmışdır; öz milli hökumətindən, dövlətçiliyindən və ərazi bütövlüyündən heç bir ad altında əsla güzəştə getməyəcəkdir!

Yaşasın Azərbaycan Türk Milləti!

Yaşasın Güney Azərbaycanın milli hərəkatı!

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

22 May 2026

Share